четверг, 10 ноября 2011 г.

КВАДРОТКЛ


Qohum funksiyalar:
Sintaksis:
    КВАДРОТКЛ(число1;число2;...)
Nəticə:
     Verilənlərin hesabi orta qiymətlərindən meyllərinin kvadratları cəmini hesablayır.
Arqumentlər:
    число 1, число2,...; meyllərinin kvadratları cəmi hesablanan 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:

  • arqumentlər ədədlər və ya adlar, ədədləri ehtiva edən massivlər və istinadlar olmalıdır;
  • massiv və ya istinad olan arqument mətnləri, məntiqi qiymətləri və ya boş xanaları ehtiva edirsə, onda belə qiymətlər nəzərə alınmır, lakin sıfır qiymətli xanalar nəzərə alınır.

КВАДРОТКЛ





Riyazi-statistik interpretasiya:
    Kvadratik meyl düsturu aşağıdakı şəkildədir:



     Müstəqil variasiya ölçüsü kimi kvadratik meyl iqtisadi statistikada nadir hallarda istifadə olunur. O, dispersiya və standart meyl ifadələrinə tərkib hissəsi kimi daxil olur (ДИСПР, СТАНДОТКЛОНП funksiyalarının təsvirlərinə bax). Müstəqil variasiya ölçüsü kimi o, statistik fizikanın bəzi bölmələrində (xüsusilə, hissəciklərin xaotik istilik hərəkətlərinin qiymətləndirilərkən) tətbiq olunur.

Misal
      n =10 həcmli seçmə verilmişdir: 37; 39; 35; 33; 31; 38; 42; 45; 47; 43. Orta qiymətdən meyllərin kvadratları cəmini
     hesablamalı.


Həlli
Əvvəlcə seçmənin orta qiymətini hesablayaq:


 






İndi orta qiymətdən meyllərin kvadratları cəmini hesablamaq olar:
d2 = (37 – 39)2 +(39 – 39)2 + (35 – 39)2 +...+(43 – 39)2 = 246.
İndi də həmin misalı КВАДРОТКЛ funksiyası vasitəsilə həll edək.



1. İlkin verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
H
I
J
1
37
39
35
33
31
38
42
45
47
43

2. Nəticənin yazılacağı xananı seçək ($A$3).
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından КВАДРОТКЛ funksiyasını seçək. Bu zaman КВАДРОТКЛ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:J1) mausla seçək. OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi olan 246 qiyməti əmələ gələcəkdir.